ABŞ-ın İranla müharibəyə cəlb olunması ölkənin təyyarədaşıyan gəmilərinin imkanlarını ciddi şəkildə sınağa çəkir. “USS George Washington” təyyarədaşıyan gəmisinin Asiyadan ayrılaraq Yaxın Şərqə göndərilməsi ilə Qərbi Sakit okean bölgəsi müvəqqəti olaraq ABŞ təyyarədaşıyan gəmisi olmadan qalacaq.
#Cənubi Çin Dənizi
Çin Sahil Mühafizəsi Filippinə məxsus bir neçə gəmi ilə bağlı Cənubi Çin dənizində yerləşən mübahisəli Skarboro rifində (Scarborough Shoal) "nəzarət tədbirləri" həyata keçirdiyini bildirib. Çin Sahil Mühafizəsinin açıqlamasına görə, Filippin gəmiləri sözügedən ərazinin sularında "qanunsuz fəaliyyət göstərib" və buna görə onlara qarşı müvafiq tədbirlər görülüb.
Filippin və Çin xarici işlər nazirləri Manilada Cənubi Çin dənizində baş vermiş son insidenti müzakirə ediblər. Tərəflər görüş zamanı qarşılıqlı etiraz notaları təqdim ediblər. Filippin Çin Sahil Mühafizəsini öz hərbçisinə hücum etməkdə ittiham edib. Çin isə Filippin gəmilərinin ilk olaraq toqquşmaya səbəb olduğunu iddia edib. Van İ iki ölkə münasibətlərinin kritik mərhələdə olduğunu bildirib. O, Manilanı daha rasional siyasət yürütməyə çağırıb və bəzi filippinli rəsmiləri xarici qüvvələrin təsiri altında təxribat törətməkdə günahlandırıb. Cənubi Çin dənizi ətrafındakı gərginlik regionun əsas təhlükəsizlik problemlərindən biri olaraq qalır.
Çin Müdafiə Nazirliyi Çərşənbə günü Filippini Cənubi Çin Dənizində baş verən Sabina (Xianbin/Escoda) atolunda hadisəni təhrif etməkdə ittiham edib. Filippin hökuməti isə bu iddiaları rədd edib və Pekinin hərəkətlərini “agressiv və həddini aşan” adlandırıb. Filippin Sahil Mühafizəsi bildirib ki, cümə günü Çin sahil mühafizə gəmiləri üç filipinli balıqçını yaralayıb və iki balıqçı gəmisinə zərər vurub. Hadisə zamanı gəmilərin kürək xətləri kəsilib və Çin gəmiləri su topu ilə atəş açıb. Filippin Müdafiə Naziri bu hərəkətləri “təhlükəli” və “insanlıqdan uzaq” adlandırıb.
Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində “rutin patrul” həyata keçirib və Filippini hər hansı təxribatdan çəkinməyə çağırıb. Bu barədə ordunun Cənub Əməliyyat Komandanlığının sözçüsü bildirib. O vurğulayıb ki, Filippin dərhal insidentlər törətməyi və bölgədə gərginliyi artırmağı dayandırmalıdır. O əlavə edib ki, Çin qüvvələri bu ərazidə ölkənin suverenliyini qorumaqda davam edəcək.