#Təhlükəsiz gəmiçilik

“The National Interest” jurnalının dərc etdiyi hesabatda Türkiyənin Reis sinfi sualtı qayıqlarının Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığı bildirilib. Almaniyanın Type 214 platforması əsasında Türkiyədə istehsal olunan bu sualtı qayıqlar, havadan müstəqil hərəkət sistemi (AIP), aşağı səs-küy səviyyəsi və yüksək dözümlülük kimi qabaqcıl texnologiyalarla təchiz edilib. Hesabatda qeyd olunub ki, bu xüsusiyyətlər Türkiyəyə Şərqi Aralıq dənizi, Qara dəniz və Egey dənizində strateji üstünlük təmin edir.

Türkiyənin liman rəhbərliyi və gəmiçilik agentlikləri yeni qaydalara əsasən İsrailə üz tutan və ya oradan gələn xarici gəmilərdən rəsmi sənədlər tələb edəcək. Bu sənədlərdə həmin gəmilərin hərbi yük daşımadığı və operatorlarının İsraillə əlaqəsinin olmadığı təsdiqlənməlidir. Mənbələrə görə, İsrail bayraqlı gəmilərin və İsraildə yerləşən agentliklərin Türkiyə limanlarında heç bir əməliyyat, o cümlədən konteyner daşımaları həyata keçirməsinə icazə verilməyəcək. Əks halda, bütün xərclər və hüquqi məsuliyyət gəmiçilik agentliklərinin üzərinə düşəcək.