Albaniya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə baş verən 64 yanğından 24-ü hələ də aktivdir. Yanğınlarla mübarizə Albaniya Mülki Müdafiə Agentliyinin koordinasiyası ilə 10 mindən çox şəxsi heyətin iştirakı ilə aparılır. Gecə boyu davam edən söndürmə işlərində əsas diqqət yaşayış məntəqələri və milli parklar yaxınlığındakı alovların qarşısının alınmasına yönəldilib. Qramş və Delvin bölgələrində yanğınların sürətlə yayılması səbəbindən əhalinin dərhal ərazini tərk etməsi tövsiyə olunub.
#yanğınla bağlı təxliyə
Ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar səbəbindən Achaia, Sakız (Xios) adası və Epirusda çoxsaylı yaşayış məntəqələri boşaldılıb. “112” qaynar xətti vasitəsilə yerli sakinlərə təxliyə barədə xəbərdarlıqlar göndərilib. Yanğınsöndürmə işlərinə 4850 nəfərlik heyət cəlb olunub, səhər saatlarından hava qüvvələri yenidən su tökmə əməliyyatlarına başlayıb. Achaia prefekturasında Patra yaxınlığındakı Sihena bölgəsində başlayan yanğın bir neçə evə ziyan vurub, Sakız adasında isə kəndlər tamamilə boşaldılıb və kənd təsərrüfatı sahələri, fermalar, anbarlar, nəqliyyat vasitələri ciddi ziyan görüb. Epirusun Preveze bölgəsindəki Ziros bələdiyyəsində yanğın təxminən 30 kilometrlik əraziyə yayılıb.
Ölkədə davam edən böyük meşə yanğınları səbəbindən avqustun 3-də elan edilən və əvvəlcə avqustun 7-də başa çatması planlaşdırılan xəbərdarlıq rejimi hökumət qərarı ilə avqustun 15-dək uzadılıb. Hazırda Vila Real, Trankoso, Covilha və Tabuaço bölgələrində “həyəcanverici” səviyyədə yanğınlar davam edir və 1700-dən çox yanğınsöndürən alovların qarşısını almaq üçün çalışır.
İzmirin Buca və Aliağa rayonlarında meşə yanğınları baş verib. Hər iki yanğına havadan və qurudan müdaxilə edilir. İzmirin Buca rayonunda, yerli vaxtla saat 18:00 radələrində mikroavtobusda yanğın baş verib. Yol kənarındakı avtomobildə başlayan yanğın meşəyə yayılıb. Hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus hava vasitələri və çox sayda yanğınsöndürmə maşını göndərilib.
Türkiyənin Çanakkale vilayətində baş verən yanğın nəzarət altına alınıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Balkan ölkəsində, xüsusilə paytaxt Podqoritsa və Nikşiç, Bijelo Polye, Canja, Buljarika bölgələrində davam edən yanğınlar küləyin təsiri ilə bəzi yaşayış məntəqələrinə yaxınlaşıb. Monteneqro Daxili İşlər Nazirliyi NATO vasitəsilə qonşu ölkələr də daxil olmaqla beynəlxalq ictimaiyyətdən dəstək istədiyini açıqlayıb. Serbiya yanğınlara havadan müdaxilə üçün vertolyot göndərib, Xorvatiya isə yanğınsöndürmə təyyarəsi ilə kömək göstərib. Ölkədə yüksək temperatur səbəbindən qırmızı təhlükə elan olunub.
Yüksək temperatur və güclü külək səbəbindən Leon, Ourense, Navarra və Avila bölgələrində yanğınlar davam edir. İki gün ərzində 1500-dən çox insan təxliyə edilib. Leon yaxınlığındakı, 1997-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Las Medulas Təbiət Parkına da alovun yayılmaması üçün hərbi qüvvələr səfərbər olunub. Cənub sahilində yerləşən Tarifa şəhərində isə çimərliklərdən, evlərdən və otellərdən 2000-dən çox insan köçürülü
Türkiyədə yeni yanğın qeydə alınıb. Yanğın İstanbul şəhərinin Çatalca rayonunda baş verib. Hadisə yerinə yanğınsöndürmə və polis qüvvələri cəlb olunub.
Leon, Ourense, Navarra və Avila bölgələrində 1,5 gündür yanan yanğınların nəzarət altına alınması ilə dünən gecə ehtiyat tədbiri olaraq təxliyə edilən 1500-dən çox insanın evlərinə qayıtmasına icazə verilib. Yerli hakimiyyət orqanları və Mülki Müdafiə qruplarının məlumatına görə, ən çətin vəziyyət Leon şəhəri ətrafında beş fərqli nöqtədə davam edən yanğınlardır. Hərbi Fövqəladə Hallara Müdaxilə Qrupu (UME) da söndürmə işlərinə dəstək verir. Bəzi yaşayış məntəqələrində 50-yə qədər insanın hələ də evlərinə qayıtmasına icazə verilməyib, bəzi yollar isə bağlıdır.
Türkiyənin Çanakkale vilayətində yanğın qeydə alınıb. Yanğın Çanakkalenin Lapseki rayonuna bağlı Umurbey qəsəbəsində kənd təsərrüfatı sahəsində baş verib. Əsasən meyvə bağlarının yerləşdiyi sahədə alov, küləyin təsiri ilə sürətlə yayılıb.
Sarıcaeli kəndində hələ məlum olmayan səbəbdən başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qrupları alovları nəzarət altına almaq üçün havadan və qurudan əməliyyatlar həyata keçirir. Yanğınsöndürən təyyarələrin manevr imkanlarını artırmaq üçün Çanaqqala boğazı şimaldan cənuba bir istiqamətdə gəmiçiliyə bağlanıb.
Türkiyədə Karabükdə baş verən meşə yanğını artıq ikinci gündür davam edir və müdaxilə işləri davam edir. Azervoice xəbər verir ki, dünən başlayan yanğına həm hava, həm də qurudan davamlı müdaxilə edilir. Yanğının nəzarət altına alınması üçün əraziyə canlı qüvvə və texnika yönəldilib.