İsrail ordusunun Suriyanın cənubunda yerləşən Kuneytra vilayətinin kənd ərazilərində müvəqqəti nəzarət məntəqəsi quraraq evlərə reydlər keçirdiyi bildirilir. Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına əsasən, İsrail hərbçiləri Kuneytra vilayətinin cənubunda yerləşən Ayn Zivan kəndinin girişində müvəqqəti nəzarət məntəqəsi yaradıblar. Məlumata görə, bölgədə reydlər keçirən hərbçilər yaşayış evlərində axtarış aparıb.
#İsrailin Fələstin siyasəti və Suriya əlaqəsi
Suriya Prezidenti Əhməd əş-Şaraa 10 noyabr tarixində Vaşinqtona səfər edəcək və Ağ Evə rəsmi ziyarət həyata keçirən ilk Suriya dövlət başçısı olacaq. Bu barədə ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Bəhreynin paytaxtı Manamada “Axios” nəşrinə verdiyi müsahibədə bildirib. Barak bildirib ki, əş-Şaraanın ABŞ Prezidenti Donald Tramp ilə planlaşdırılan görüşündə və səfər çərçivəsində tərəflərin təhlükəsizlik və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentində keçirilən mətbuat brifinqində ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak çıxışı zamanı bildirmişdir.
İsrailin Suriyadakı hərbi və siyasi addımları, regionda güc balansını dəyişdirmək cəhdi kimi qiymətləndirilsə də, bu strategiyanın uzunmüddətli nəticələri Yaxın Şərqdə yeni bir gərginlik dalğasına səbəb ola bilər.