Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz rəsmi səfərlə İrana yollanacaq. Səfər çərçivəsində o, Türkiyə adından İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək və bir sıra rəsmi görüşlər keçirəcək.
#Türkiyə-İran münasibətləri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb. Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.
İran nəqliyyat baxımından mərkəzi mövqedədir, atəşkəs iqtisadi təhlükəsizlik üçün önəmlidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin İrana qarşı son hücumlarının bölgədə yaratdığı gərginlik fonunda ölkəsinin təhlükəsizlik və sabitlik üçün bütün ssenarilərə hazır olduğunu bildirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsrailin İrana hücumlarının ardından təhlükəsizlik səbəbilə İran, İraq, Suriya və İordaniyaya uçuşların 16 iyun 2025-ci il tarixinədək təxirə salındığını açıqlayıb.
İsrailin İrana qarşı hava hücumlarından sonra ölkədə olan Türkiyə vətəndaşları Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısından ölkəyə daxil olmağa başlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını sərt şəkildə pisləyib.