İsrailin xarici işlər naziri Gideon Saar Bakıda yerli yəhudi icmasının liderləri ilə görüşüb.
#Azərbaycan
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 711 min elektron arayış verilib. Nazirlik tərəfindən son illər xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində bir çox e-arayış xidmətləri də yaradılıb.
Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir: Bu barədə TurkicWorld Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər verir.
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 34 il ötür. Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə ərzində paylaşılmış rəsmi məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Videoçarxda Silahlı Qüvvələrin fəaliyyəti və baş verən əsas hadisələr əksini tapıb. Materialda görülən işlər və həyata keçirilən tədbirlər ümumiləşdirilib. İcmal videoçarxı Müdafiə Nazirliyinin rəsmi informasiya resurslarında təqdim olunub.
"Turan Tovuz" Coş Cinnellini transfer edib. “Aston Villa”nın yetirməsi olan ingiltərəli futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva klubunu dəyişib. Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində iqlim dəyişikliyi sahəsində yeni beynəlxalq təşəbbüs irəli sürülüb. İclasda Türkmənistanın 2025-ci ildə SPECA-ya sədrliyi dövründə görülən işlərin yekunları nəzərdən keçirilib, proqramın fəaliyyətinin gələcək mərhələdə daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər. 2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin 327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə “Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.