Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.
#Azərbaycan
Dövlət Məşğulluq Agentliyi sosial tərəfdaşlarla, işəgötürənlərlə aktiv əməkdaşlıq edir. 2026-cı ildə məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcəyik. Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib.
Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var. Bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Azərbaycan Turizm Bürosu (ATB) 22-25 yanvar tarixlərində Almaniyanın Oberstdorf şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Xizəkdə Tramplindən Tullanma üzrə Dünya Çempionatı yarışlarında təmsil olunub. ATB-nin brend guşəsində yarışları izləyən ziyarətçilərə Azərbaycanın mədəni irsi, unikal turizm imkanları və qış idman növləri üzrə potensialı haqqında ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik nəşrdir.
Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialına beynəlxalq ISO sertifikatları təqdim olunub. Belə ki, filialda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tələblərinə uyğun olaraq idarəetmə sisteminin sertifikatlaşdırılmasına dair audit həyata keçirilib.
Bakı Fond Birjası (BFB) və “PwC Azərbaycan” Azərbaycanın kapital bazarlarının inkişafının dəstəklənməsi və ölkənin maliyyə ekosisteminin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.
Ceyhun Bayramov ilə Gideon Saar arasında təkbətək görüş başlayıb.