#Azərbaycan

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

“Türkiyənin "Eczacıbaşı Holding"inin İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşdə ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələrdə Azərbaycanda potensial fəaliyyəti barədə fikirlərimizi bölüşdük”, - paylaşımda vurğulanıb.

2026-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalaraq, 4 milyon 595 min 55 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 3 milyard 61 milyon 673 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 41 milyard 584 milyon 298 min dollar məbləğində avtomobil ixrac edib.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

ABŞ-nin Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən dəyirmi masada enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlıq müzakirə edilib. İqtisadiyyat Nazirliyində ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə dəyirmi masa təşkil edilib.

Azərbaycanda müstəqil qiymətləndirmə fəaliyyətində yeni istiqamətlərin tətbiqi müzakirə olunur. Bu çərçivədə əməyin dəyərinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması gündəmdədir. Rüfət Əliyevin sözlərinə görə, əməyin dəyərləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan mövcud 9 istiqamət çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı formada əksini tapa bilər. O qeyd edib ki, əməyin dəyəri klassik qiymətləndirmə yanaşmaları — bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilə bilər.

2025-ci ilin nəticələrinə əsasən, ölkədə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfədən çox artıb. Ötən il ölkə üzrə 6 935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib ki, bu da 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə 3 276 heyvan sığortalanmışdı.

Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi yeni semestrdə də davam etdirilir. Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.

Cəbrayıl rayonunun Soltanlı kəndinin su təchizatı və kanalizasiya sisteminin tikintisi işlərinə başlanılır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib. Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən “Qış nağılı” festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.