Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis əməkdaşlarına qarşı törədilən terror hücumu nəticəsində beş nəfər həlak olub. Məlumata görə, Kurram rayonunda neft obyektlərini mühafizə edən polis əməkdaşlarını daşıyan avtomobil naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində beş polis əməkdaşı hadisə yerində həyatını itirib.
#Sistan-Bəlucistan əyaləti
İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində həyata keçirilən üç ayrı əməliyyat zamanı 13 silahlını zərərsizləşdirib. Öldürülənlərdən səkkizi ötən həftə Sistan və Bəlucistan vilayətində patrul xidmətində olan beş polis əməkdaşının qətlə yetirilməsində iştirak edən silahlı dəstənin üzvləri olub.
İranın cənub‑şərqində yerləşən Sistan‑Bəlucistan vilayətində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında atışma baş verib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ölkənin cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətinin Çabahar bölgəsində keçirdiyi əməliyyat zamanı altı terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.