#İngiltərə Premyer Liqası

Çelsi klubu Kol Palmerin gələcəyi ilə bağlı yayılan iddialara qəti mövqe sərgiləyib. Palmer Çelsi üçün toxunulmaz futbolçu hesab olunur və klub onunla bağlı heç bir transfer təklifini nəzərdən keçirməyi planlaşdırmır. Çelsi gənc futbolçunun uzun illər komandanın əsas sütunlarından biri olacağına inanır.

Mançester Yunatedinin müdafiəçisi Lisandro Martinez ağır zədələr fonunda peşəkar futbol karyerasını vaxtından əvvəl başa vurmağı ciddi şəkildə düşündüyünü açıqlayıb. 27 yaşlı müdafiəçi ötən ilin fevralında Kristal Pelasa qarşı matçda dizinin ön çarpaz bağlarını (ACL) zədələyib və doqquz ay yaşıl meydanlardan kənarda qalıb. Martinez etiraf edib ki, bərpanın ilk həftələrində futboldan tamamilə uzaqlaşmaq fikri onun üçün real seçimə çevrilib.

İngiltərənin Mançester Siti klubu Premyer Liqadakı rəqibi “Bornmut”dan qanalı cinah hücumçusu Antuan Semenyonun transferini rəsmən elan edib. Transferin əsas məbləği 62,5 milyon funt sterlinq (təxminən 84 milyon ABŞ dolları) təşkil edir. Müəyyən hədəflərin yerinə yetirilməsi halında bu məbləğin əlavə 1,5 milyon funt artması da mümkündür.

Braziliyalı futbolçu Vinisius hazırda İspaniyanın Real Madrid klubundakı vəziyyətdən tam razı deyil və bu mərhələdə Madrid təmsilçisi ilə müqaviləsini uzatmağa tələsmir. Vinisiusun Real Madridlə bağladığı müqavilə 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Mənbənin məlumatına görə, futbolçu klubdakı mövcud vəziyyətdən tam məmnun deyil və müqavilənin uzadılması məsələsində hələlik tələsmir.

İngiltərənin Mançester Yunayted klubu baş məşqçi Ruben Amorim ilə yollarını ayırıb. Klubun qərarı rəsmi olaraq X sosial şəbəkəsindəki hesabı vasitəsilə açıqlanıb. Ruben Amorim Mançester Yunaytedə 2024-cü ilin payızında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda əvvəlki mövsümdə Premyer Liqanı 15-ci pillədə başa vurub. Bununla yanaşı, Mançester Yunayted UEFA Avropa Liqasının finalına yüksəlib, lakin həlledici görüşdə Tottenhemə məğlub olub.