Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib

    14 May 2026 10:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfər edib.

    VOA xəbər verir ki, Elçin Əmirbəyov bir sıra görüşlər keçirib.

    Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfəri çərçivəsində dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, ölkənin Baş naziri Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri Khuon Sodary, ətraf mühit naziri Eang Sophalleth, Kamboca Krallığının Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komissiyasının sədri Sous Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Çeu Viçet, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna But ilə görüşlər keçirib.

    Dövlət başçısı səlahiyyətlərini icra edən Hun Senlə görüş zamanı həmsöhbət 2014-cü ildə ölkənin baş naziri qismində Azərbaycana səfərini məmnunluqla xatırladaraq onun səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. O, Azərbaycanı Kamboca üçün yaxın dost ölkə kimi tanıdığını bildirib və mümkün olan ilk fürsətdə Azərbaycana təkrar səfər etməyə hazır olduğunu qeyd edib. Hun Sen Azərbaycanla müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən söz açıb və Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyünü vurğulayıb.

    Baş nazir Hun Manet ilə keçirilən görüş zamanı Elçin Əmirbəyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabr ayında Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə dəvət məktubunu Kambocanın Baş nazirinə təqdim edib. Kambocanın Baş naziri dəvəti məmnunluqla qəbul etdiyini və tədbirdə iştirak etmək niyyətinidə olduğunu bildirib.

    Danışıqlar zamanı Azərbaycan ilə Kamboca arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun intensivləşdirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin artırılmasının, fəal parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşlər çərçivəsində ticarət-iqtisadi əlaqələrin fəallaşdırılması və daha yüksək səviyyəyə çatdırılması, iki ölkə arasında mövcud hüquqi bazanın gücləndirilməsi, investisiya imkanlarının təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, ətraf mühit və digər qarşılıqlı maraq doğuran vacib sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Bu xüsusda qarşı tərəf Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika mərkəzi kimi tanıdığını vurğulayaraq, bu sahələrdə də ölkəmizlə sıx əməkdaşlıq etməyə arzusunda olduğunu bildirmişdir.

    Kamboca tərəfi Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyası və sosial-iqtisadi nailiyyətləri, regional və beynəlxalq səviyyədə artan rolunu yüksək qiymətləndirdiklərini bildirib. Eyni zamanda, qarşı tərəf Azərbaycan ilə həm ikitərəfli sahədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı işbirliyinin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

    Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, keçən il Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərinin və daha sonra bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından həlledici rol oynayacağını diqqətə çatdırıb. Kamboca tərəfi Azərbaycanın davamlı və dönməz sülhün əldə edilməsi üçün atdığı vacib və təqdirəlayiq addımları və həyata keçirdiyi sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin imzalalanması üçün lazımı şərtlərin qısa zamanda yerinə yetiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

    Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində rəsmi Bakı tərəfindən görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib, o cümlədən minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu kontekstdə o, payızda Bakıda keçiriləcək 4-cü Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı barədə məlumat verərək, adıçəkilən tədbirin mina təhlükəsinə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, minatəmizləmə sahəsində geniş təcrübəyə malik olan Kamboca tərəfinin tədbirdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

    Elçin Əmirbəyov səfər çərçivəsində Kambocanın Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunda keçirilmiş görüşdə çıxış edib, Azərbaycan-Kamboca münasibətlərinin perspektivləri, regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb. O, həmçinin Kambocanın aparıcı dövlət televiziya kanalı TVK-ya müsahibə verib.

    Qeyd edək ki, Kamboca cari ilin noyabr ayında Beynəlxalq Frankofoniya Təşkilatının üzv-dövlətlərinin dövlət və hökümət başçıları səviyyəsində keçiriləcək növbəti zirvə görüşünə ev sahibliyi edəcək.

    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    Elçin Əmirbəyov Kambocada bir sıra görüşlər keçirib
    #Elçin Əmirbəyov #Hun Manet #Kamboca Krallığı #Hun Sen #Prak Sokhonn
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Elçin Əmirbəyov Böyük Britaniyada görüşlər keçirib

    22 Aprel 2026 09:55

    Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov

    20 Aprel 2026 22:17

    Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır - Elçin Əmirbəyov

    18 Aprel 2026 13:44

    Azərbaycan ABŞ ilə tərəfdaşlığı Asiya və Avropa arasında əlaqənin inkişafının açarı hesab edir - Elçin Əmirbəyov

    14 Aprel 2026 20:51

    TRIPP dayanıqlı sülhə və regional əlaqəliliyin gücləndirilməsinə aparan yolda mühüm mərhələdir - Elçin Əmirbəyov

    12 Yanvar 2026 12:30

    Haaqada Azərbaycan və Niderland arasında ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub

    18 Dekabr 2025 10:38

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

    13 Dekabr 2025 12:18

    Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Efiopiyada işgüzar səfərdə olub

    19 Noyabr 2025 14:02

    Fransa prezidentinin müşaviri Bakıda bir sıra görüşlər keçirib

    4 Noyabr 2025 21:16

    Davamlı sülh üçün Ermənistan Konstitusiyası paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır – Elçin Əmirbəyov

    8 Sentyabr 2025 14:45

    Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlavə addımlar atılmalıdır - Elçin Əmirbəyov

    12 Avqust 2025 11:56
    XƏBƏR LENTİ

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.