Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Bakı qlobal diplomatiya və əməkdaşlıq mərkəzi kimi mövqeyini gücləndirir - XİN-dən bəyanat

    24 Aprel 2026 14:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakı qlobal diplomatiya və əməkdaşlıq mərkəzi kimi mövqeyini gücləndirir - XİN-dən bəyanat
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    24 aprel Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü kimi qeyd olunur.

    VOA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

    Bildirilib ki, Azərbaycan çoxtərəfli diplomatiya və əməkdaşlığın ən böyük dəstəkçilərindən biri olaraq, Qlobal Cənubun fəal üzvü qismində bu istiqamətdə töhfələr verməyə hər zaman sadiqdir.

    Son illərdə ölkəmizin çoxtərəfli diplomatiya və əməkdaşlıq müstəvisində əldə etdiyi çoxsaylı nailiyyətlər sırasında Qoşulmama Hərəkatı (NAM), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə (CICA), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) kimi mühüm təsisatlara uğurlu sədrlikləri qeyd edilə bilər.

    2026-cı il ərzində Ümumdünya Şəhərsalma Forumu (WUF13), İslam İnkişaf Bankının 10 illiyinə həsr olunmuş toplantı, Dünya Ətraf Mühit Günü (WED26), CICA dövlət və hökumət başçılarının zirvə görüşü kimi beynəlxalq əhəmiyyətli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi bir daha çoxtərəfli diplomatiya və əməkdaşlığa verilən önəmə və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi Azərbaycanın artan nüfuzuna dəlalət edir.

    Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və ev sahibliyi çoxtərəfli diplomatiya tarixinə ən uğurlu tədbirlərdən biri kimi həkk olunub. Azərbaycan COP29-da əldə edilmiş tarixi əhəmiyyətli razılaşmaların icrası və irəlilədilməsi, eləcə də xarici siyasətimizdə aktiv sahələrdən birinə çevrilən dayanıqlı inkişaf və iqlim diplomatiyasına töhfələrini davam etdirməkdədir. 2026-cı ildə ölkəmizin ilk dəfə Regional İqlim Həftəsinə ev sahibliyi etməsi nəzərdə tutulur.

    Eyni zamanda, Bakı şəhərinin çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır. Yalnız son bir neçə il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi kimi sturkturların Bakıda yerləşməsi haqqında qərarlar verilib. Buna əlavə olaraq, cari ilin aprelində İstanbulda keçirilmiş konfrans zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mənzil qərargahının da Bakıda təsis edilməsinə dair tarixi qərar qəbul edilib.

    Azərbaycan həmçinin beynəlxalq təşkilatlarda ədalətli coğrafi təmsilçiliyin tərəfdarıdır. Bu istiqamətdə prinsipial mövqe sərgiləməklə yanaşı, Azərbaycan Respublikası və vətəndaşlarının beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçiliyinə xüsusi önəm verilir. Yalnız 2025-ci ildə 14 mühüm beynəlxalq qurumlara namizədliyimiz üzrə uğurlu nəticə təmin edilib.

    Azərbaycan çoxtərəfli diplomatiya və formatlarda aktiv iştirakı ilə həm beynəlxalq, həm də regional müstəvidə sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcəkdir.

    #Azərbaycan Xarici İşlər Nazirliyi #Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü #24 aprel
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN

    19 Avqust 2026 18:22

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    16 İyul 2026 20:49

    Azərbaycan və İordaniya arasında viza rejimi ləğv olunub

    8 İyul 2026 12:51

    İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı ciddi narahatlıq doğurur - XİN

    29 İyun 2026 10:18

    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

    28 İyun 2026 19:10

    Azərbaycan Rusiyanı təbrik edib

    12 İyun 2026 09:20

    Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

    8 İyun 2026 09:00

    Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual mövzuları müzakirə edilib

    6 May 2026 23:35

    Azərbaycan və Ukrayna xarici işlər nazirləri hüquqi yardım haqqında saziş imzalayıblar

    25 Aprel 2026 20:57

    Azərbaycan XİN Nyu-York merinin bəyanatını pisləyib

    25 Aprel 2026 16:07

    Azərbaycan və Əlcəzair beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər

    18 Aprel 2026 17:05

    Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu

    15 Aprel 2026 12:24
    XƏBƏR LENTİ

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib

    Mavritaniyada elektrik kəsintiləri niyə seçkilərlə əlaqələndirilir?

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.