Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    IDEA İctimai Birliyi və “Reza Visual Academy” uşaqlar üçün “FotoBax” milli fotomüsabiqəsinə start verir

    23 Mart 2026 18:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    IDEA İctimai Birliyi və “Reza Visual Academy” uşaqlar üçün “FotoBax” milli fotomüsabiqəsinə start verir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Children’s Eyes on Earth” (“Yer Kürəsi Uşaqların Gözü ilə”) beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində Azərbaycanda “FotoBax” adlı milli foto müsabiqəsinə start verilir.

    Bu barədə VOA-ya IDEA İctimai Birliyindən məlumat verilib.

    Bildirilib ki, IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan müsabiqə “Təbiəti sevirəm – Azərbaycan” mövzusuna həsr olunur. Müsabiqə 2026-cı il martın 23-dən rəsmi olaraq başlayır və müraciətlərin qəbulu sentyabrın 21-dək davam edəcək.

    Qeyd edək ki, 18 yaşadək uşaq və yeniyetmələr üçün nəzərdə tutulan müsabiqə yaz və yay mövsümlərini əhatə edəcək. İştirakçılar Azərbaycanın zəngin təbiətini, o cümlədən meşələrini, çay və göllərini, flora və faunasını öz obyektivləri vasitəsilə əks etdirməyə dəvət olunurlar.

    Müsabiqənin məqsədi gənc fotoqrafları dəstəkləmək, onlar üçün yaradıcılıq imkanları yaratmaq və eyni zamanda uşaq və yeniyetmələr arasında ekoloji maarifləndirməni gücləndirməkdir. Müsabiqə vasitəsilə uşaqlar təbiətə münasibətlərini, eləcə də ətraf mühitin qorunmasının vacibliyinə dair baxışlarını fotoqrafiya dili ilə ifadə etmək imkanı əldə edəcəklər.

    IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə icra olunan “Children’s Eyes on Earth” təşəbbüsü Reza Deqati tərəfindən həyata keçirilir və uşaqların ətraf mühitə baxışını fotoqrafiya vasitəsilə nümayiş etdirməyi hədəfləyir. Beynəlxalq səviyyədə keçirilən layihə indiyədək 100-dən çox ölkədən 7000-dən artıq fotoşəkili bir araya gətirib.

    Müsabiqədə iştirak qaydaları, şəkillərin göndərilməsi və daha ətraflı məlumat əldə etmək üçün www.fotobax.az rəsmi internet səhifəsinə müraciət edə bilərsiniz.

    #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Reza Deqati #IDEA İctimai Birliyi #Reza Visual Academy #Children’s Eyes on Earth (Yer Kürəsi Uşaqların Gözü ilə) beynəlxalq fotoqrafiya layihəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    30 Avqust 2026 21:57

    Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

    26 Avqust 2026 20:02

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

    26 Avqust 2026 18:28

    Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub

    3 Avqust 2026 11:19

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    29 İyul 2026 21:51

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    19 İyul 2026 21:24

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    18 İyul 2026 12:53

    Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib

    6 İyul 2026 19:06

    Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

    2 İyul 2026 14:08

    Leyla Əliyevanın iştirakı ilə Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib

    2 İyul 2026 11:03
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.