Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Sidneydə yəhudi bayramı zamanı silahlı hücum: onlarla ölən və yaralı var

    14 Dekabr 2025 17:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sidneydə yəhudi bayramı zamanı silahlı hücum: onlarla ölən və yaralı var
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avstraliya polisi bazar günü Sidneydə, Bondi çimərliyində yəhudi bayramı münasibətilə keçirilən tədbir zamanı baş verən silahlı hücum nəticəsində 12 nəfərin öldüyünü, azı 30 nəfərin isə yaralandığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, Yeni Cənubi Uels ştatının polisi daha əvvəl hücum nəticəsində hücumçunun da daxil olduğu 10 nəfərin öldüyünü bildirmişdi. Avstraliyanın baş naziri Entoni Albanizi isə Bondi çimərliyində baş verənləri “şokedici və son dərəcə ağrılı” adlandırıb.

    Baş nazir verdiyi açıqlamada deyib: “Az öncə Avstraliya Federal Polis Komissarı, eləcə də Yeni Cənubi Uels ştatının baş naziri ilə danışdım. Ştat polisi ilə koordinasiyalı şəkildə işləyirik və əlavə məlumatlar təsdiqləndikcə ictimaiyyətə açıqlanacaq.”

    Daha sonra Albanizi hücumun “terror aktı” olduğunu və birbaşa yəhudi icmasına qarşı yönəldildiyini bildirib. O vurğulayıb ki, polis və təhlükəsizlik orqanları hücumda iştirak edən bütün şəxslərin müəyyən edilməsi üçün çalışır.

    Mediada yer alan xəbərlərə görə, atışma yəhudilərin dini bayramı zamanı baş verib.

    İsrail prezidenti İsxak Hersoq Sidneydə Bondi çimərliyində baş verən silahlı hücumu yəhudi icmasına qarşı terror aktı kimi qiymətləndirib. Qüdsdəki ofisindən yaydığı bəyanatda Hersoq bildirib:
    “Bu anda Avstraliyanın Sidneydə yaşayan bacı-qardaşlarımız Bondi çimərliyində, yəhudilərə qarşı son dərəcə vəhşi terror hücumuna məruz qalırlar. Onlar Hanuka bayramının ilk şamını yandırmaq üçün toplaşmışdılar.”

    Hersoq İsrailin uzun müddətdir Avstraliya cəmiyyətinə təsir göstərdiyini bildirdiyi antisemitizm dalğasına qarşı tədbirlərin görülməsinə çağırış etdiyini xatırladıb.

    Avstraliya təcili tibbi xidmətləri bazar günü bildirmişlər ki, ən azı 8 nəfər xəstəxanalara yerləşdirilib. Yeni Cənubi Uels Təcili Yardım Xidmətinin sözçüsü AFP-yə açıqlamasında deyib ki, “Hadisə yerində bir neçə nəfərə tibbi yardım göstərilib və hazırda 8 nəfər Sidneydəki müxtəlif xəstəxanalara aparılıb.”

    Məlumatlara görə, silahlılar Sidneydə keçirilən “İşıqlar bayramı” (Hanuka) tədbirinin iştirakçılarına atəş açıblar. İlkin xəbərlərdə 10 nəfərin öldüyü, təxminən 60 nəfərin yaralandığı bildirilib.

    Yeni Cənubi Uels polisi bazar günü atışma ilə bağlı iki nəfərin saxlanıldığını açıqlayıb və “X” platformasında yaydığı bəyanatda əməliyyatın davam etdiyini, əhalinin ərazidən uzaq durmasının vacibliyini vurğulayıb.

    Hadisənin təfərrüatları
    Hücum zamanı Bondi çimərliyində təxminən 2 min yəhudi icması üzvü Hanuka bayramını qeyd edirdi. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomobildən düşərək tədbirin keçirildiyi əraziyə atəş açıb.

    Bəzi məlumatlara əsasən, atəş yaxınlıqdakı körpüdən açılıb. Hadisə yerindən yayılan görüntülərdə panikaya düşmüş insanların müxtəlif istiqamətlərə qaçdığı, silahlı şəxslərin isə uzun lüləli silahlarla irəlilədiyi görünür.

    Videolarda bəzi insanların çəmənlikdə uzandığı, ətrafda isə ciddi xaosun yaşandığı əks olunub. Tədbirin iştirakçılarından biri baş verənləri “yəhudi icması üçün fəlakət” adlandırıb.

    “Sidney Morning Herald” qəzetinin yazdığına görə, hadisə nəticəsində çoxlu sayda insan yaralanıb. “Sky” və “ABC” telekanalları isə yerdə uzanan insanların görüntülərini yayımlayıb. Hadisənin şahidi olan 30 yaşlı Harri Uilson qəzetə bildirib ki, “Ən azı 10 nəfərin yerdə uzandığını gördüm, hər yer qan içində idi.”

    “Sky News Australia” isə hücum nəticəsində azı 10 nəfərin öldüyünü xəbər verib.

    İsraildə fəaliyyət göstərən “ZAKA” təcili yardım təşkilatı isə bildirib ki, təxminən 60 nəfər yaralanıb, azı 10 nəfərin ölümü təsdiqlənib və hadisə yəhudi icmasına qarşı terror hücumu kimi dəyərləndirilir.

    Avstraliya Yəhudi İcra Şurasının həmsədri Aleks Rivitçin “Sky News”a açıqlamasında bildirib ki, atışma gün batımı ilə başlayan Hanuka mərasimi zamanı baş verib:

    “Yəhudilər bu sevincli bayramı qeyd etmək üçün ən gözəl şəkildə bir araya gəlmişdilər. Əgər biz qəsdən bu şəkildə hədəf alınmışıqsa, bu, ağlasığmaz bir dəhşətdir.”

    O, həmçinin media müşavirinin hücum zamanı yaralandığını bildirib.

    #Avstraliya #Atışma #Sidney #Yeni Cənubi Uels #Bondi çimərliyi atışma #Avstraliyada terror hücumu #yəhudi icmasına hücum #Hanuka bayramı hücumu #Sidney təhlükəsizlik xəbərləri #Sidneydə Bondi çimərliyində terror hücumu: yəhudi icması hədəf alındı #Avstraliyada Hanuka mərasimində qanlı hücum: 12 ölü #onlarla yaralı #Bondi çimərliyində atışma: Avstraliya hücumu terror aktı kimi qiymətləndirdi #Avstraliya polisi açıqlaması #Yeni Cənubi Uels polisi #antisemit hücum #kütləvi atışma Sidney #yəhudi bayramında terror #Avstraliyada təhlükəsizlik vəziyyəti #Sidneydə Bondi çimərliyində yəhudi bayramı zamanı nə baş verdi #Avstraliyada Hanuka mərasimində silahlı hücum təfərrüatları #Bondi çimərliyində terror hücumu canlı şahid ifadələri #Avstraliya hökumətinin Sidney hücumuna reaksiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir baş məşqçisi dünya çempionatında qələbəni Fələstinə həsr edib

    4 İyul 2026 18:50

    Məhəmməd Salahdan "Panenka" şousu: Misir Avstraliyanı turnirdən kənarlaşdırdı

    4 İyul 2026 14:00

    Yəmənin sahilindəki hücum region sabitliyinə necə təsir edəcək?

    10 İyun 2026 18:30

    Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb

    9 İyun 2026 19:26

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    9 İyun 2026 19:22

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    5 İyun 2026 22:18

    Tarixdə bu gün – 9 May

    9 May 2026 00:01

    Avstraliyada təyyarə qəzası baş verib

    29 Aprel 2026 09:58

    Avstraliya Baş naziri Albanizi Yaxın Şərqdəki müharibə ilə bağlı xalqa müraciət edəcək

    1 Aprel 2026 06:39

    Avstraliya Livandakı heyətinə ölkəni tərk etməyi tapşırıb

    13 Mart 2026 12:36

    Avstraliya Rusiya ilə əlaqəsi olan 180 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib

    24 Fevral 2026 12:39

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    3 Fevral 2026 00:20
    XƏBƏR LENTİ

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ-a xəbərdarlıq edib - “Sıfır saat” yaxınlaşır

    İran mediası Hörmüz boğazındakı gəmi hərəkəti barədə yeni rəqəmlər açıqlayıb

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.