Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstana səfərindən görüntülər paylaşılıb. "Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri (06.04.2026)".
Rəsmi Xronika
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb. Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola saldı.
Aprelin 6-da Gürcüstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Tbilisidə Gürcüstanın hakim partiyasının ("Gürcü Arzusu") fəxri sədri Bidzina İvanaşvilinin adından lanç verilib.
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın şərəfinə Gürcüstanın Birinci xanımı Tamar Baqrationinin adından lanç verilib.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.
Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir.
Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır.
Əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.
Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir.
Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək.
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub.
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.