Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.
Rəsmi Xronika
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Dövlət başçısı bunu sosial şəbəkədə paylaşdığı müraciətdə ifadə edib. O, Donald Trampın Şuşa Qlobal Media Forumundakı çıxışına istinad edən materialı paylaşmasını yüksək qiymətləndirib. Prezident İlham Əliyev Trampın Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təşviqində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, ABŞ Prezidentinin liderliyi regionda sabitliyə və firavanlığa tarixi töhfə verib. Paylaşımda Donald Tramp yenidən "Sülh adamı" kimi xarakterizə olunub. Dövlət başçısı ona səmimi minnətdarlığını ifadə edib. Müraciət Vaşinqton sammitinin birinci ildönümü ərəfəsində yayımlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.
Xankəndidə Prezident İlham Əliyevin adından Slovakiya Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. Tədbir iyulun 14-də keçirilib. Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb ki, nahar Slovakiya liderinin Azərbaycana səfəri çərçivəsində təşkil olunub. Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim edilib. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur. Azərbaycan-Slovakiya münasibətlərinin inkişaf etdirilməsi əsas mövzulardan biridir.
Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı sosial şəbəkədə paylaşım edib. Paylaşımda Slovakiya lideri Azərbaycanda və Qarabağda salamlanıb. İlham Əliyev Peter Pelleqriniyə “Azərbaycana xoş gəlmisiniz” sözləri ilə müraciət edib. Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ikitərəfli münasibətlər və əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır. Azərbaycan və Slovakiya arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir.
İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verdi.
İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq.