Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi yekunlaşıb

    26 May 2024 13:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi yekunlaşıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Karyera yolunda uğur əldə etmək istəyən gənclər üçün Şəki Olimpiya İdman Kompleksində təşkil edilən “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi başa çatıb.

    AzerVoice xəbər verir ki, bu barədə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən bildirilib.

    20-24 may tarixlərində, 5 gün müddətində 100 gənc iştirakçı üçün peşəkar karyera məsləhətçiləri tərəfindən karyera planlamasında vacib addımlar, düzgün məqsədlərin təyin edilməsi, effektiv CV-nin yazılması və müsahibəyə hazırlıq qaydaları mövzularında təlimlər, robototexnika, karate, fotoqraflıq, rəssamlıq, əl işləri, dərzilik sahələrində master-klasslar təşkil edilib, səyyar konsultasiya xidməti təqdim edilib, ingilis dilini mənimsəmək üsulları, xaricdə təhsil imkanları, karyera planlamasında trendlər, könüllülük, texnoloji gələcək mövzularında panel müzakirə və seminarlar keçirilib.

    Bununla yanaşı, düşərgə müddətində iştirakçıların şəbəkələşməsini sürətləndirmək məqsədilə komanda quruculuğu və intellektual oyunlar, enercayzerlər təşkil edilib.

    Hər günün yekununda iştirakçılar üçün müxtəlif konseptlərdə əyləncə və konsert proqramı təşkil olunub. Əyləncə proqramlarının birində gənclər Green Party edərək Yaşıl Dünya üçün öz həmrəyliklərini nümayiş etdiriblər.

    Düşərgənin sonuncu günü isə Şəki şəhərinin zəngin mədəniyyət və tarixinə ekskursiya ilə yadda qalıb.

    Gəncləri karyera planlamasında düzgün istiqamətləndirmək məqsədi daşıyan düşərgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

    Xatırladaq ki, “Gənclərin Məşğulluq Məktəbi” ilk dəfə 6-10 fevral 2023-cü il tarixlərində qış düşərgəsi formatında Mingəçevir şəhərində 120 gəncin iştirakı ilə baş tutub.

    TurkicWorld ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında rəsmi media tərəfdaşlığı 2024-cü ilin fevral ayının 15-də imzalanıb.

    Hafiz Rufizoğlu

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    #“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi 7-ci Təcrübə Proqramı üçün qeydiyyat başlayıb

    16 Oktyabr 2024 11:00

    Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil olunub

    9 Sentyabr 2024 06:59

    Gənclərin inkişafı bizim də inkişafımız deməkdir – Aynurə Salmanlı (ÖZƏL)

    31 Avqust 2024 19:57

    “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 12 ildir fəaliyyət göstərir

    30 Avqust 2024 20:23

    “İDEA Heyvan Baxım Evinə ekskursiya” təşkil edilib

    20 Avqust 2024 21:08

    “Gənclər Həftəsi” çərçivəsində “Jest və işarə dili ” təlimi baş tutub

    20 Avqust 2024 07:36

    “Ekologiyamızın qorunmasında gənclərin rolu” adlı təlim baş tutub

    20 Avqust 2024 04:12

    Gənclər həftəsi çərçivəsində Keramika muzeyinə ekskursiya keçirilib

    20 Avqust 2024 00:00

    Gənclər Həftəsi çərçivəsində Özünümüdafiə texnikaları təlimi baş tutub

    19 Avqust 2024 20:58

    “Karyerada Biz” Forumu gənclərin inkişafına təsir göstərir

    17 İyul 2024 19:00

    “Karyerada Biz” Forumuna start verilib

    17 İyul 2024 14:43

    ETX və GMD arasında Əməkdaşlıq Memorandumu imzalanıb

    20 İyun 2024 21:54
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.