İqtisadiyyat

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolu ilə növbəti taxıl partiyası göndəriləcək. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında işğal dövründən etibarən mövcud olan Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətlərin Azərbaycan tərəfindən aradan qaldırıldığını bildirib.

Dünyada su ehtiyatlarının azalması, habelə qlobal iqlim dəyişikliyinin davam etməsi nəticəsində yaranan ekzogen təsirlər Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. O qeyd edib ki, ölkədə su təhlükəsizliyinin qorunması, su ehtiyatlarının dayanıqlığının artırılması və bu sahədə müasir, effektiv idarəetmə mexanizmlərinin formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 20 099.88 ton taxıl göndərilib. ADY-dən əlavə edilib ki, indiyədək göndərilən taxıl yüklü vaqonların 5577.2 tonu ötən il, 14 942.38 tonu isə bu il Azərbaycandan Ermənistana yola salınıb

2026-ci ilin yanvar ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 106 milyon 755 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 1 milyard 425 milyon 447 min dollar məbləğində dəri məhsulları ixrac edib. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.

2025-ci ilin dekabr ayında Türkiyə limanları 37 milyon 532 min 442 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 139 min 129 ton təşkil edib. “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 35 milyon 393 min 313 ton olub”, – deyə nazirlikdən bildirilib.

2025-ci ilin yanvar - dekabr ayında Türkiyə limanları 62 min 656 gəmi qəbul edib. Məlumata görə, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 21 min 907, Türkiyə bayrağı altında olan gəmilər isə 40 min 749 olub. Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 634 gəmi qəbul edib.

2026-ci ilin yanvar ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 1 milyard 342 milyon 366 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 17 milyard 852 milyon 72 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.