Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard 6 milyon dollar olub. Bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin iyul ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq 25,6 milyard dollar, idxalı isə 5,1 faiz artaraq 32,9milyard dollar olub.