ArabSport

Əlcəzair Futbol Federasiyası Argentina ilə keçirilən Dünya Çempionatının açılış matçındakı hakim qərarları ilə bağlı FİFA-ya rəsmi şikayət göndərib. Əlcəzair tərəfi polşalı baş hakim Şimon Marçinyakın bəzi epizodlarda qərarlarını tənqid edib. Bildirilir ki, federasiya Messinin 30-cu dəqiqədə Aissa Mandidə qarşı təhlükəli hərəkət etdiyini, həmçinin Mak Allisterin İbrahim Mazaya qarşı dirsək zərbəsi vurduğunu və bu epizodların cəzasız qaldığını qeyd edib.

Braziliya futbolunun əfsanəsi Ronaldinyo karyerasını bərpa edərək yenidən yaşıl meydanlara çıxacaq. Braziliyalı ulduz İtaliya çempionatının üçüncü pilləsi sayılan Seriya C-də çıxış edəcək. Ronaldinyonun təqdimat mərasiminin iyunun 23-də Mayamidə keçiriləcəyi, daha sonra isə komandanın hazırlıq prosesinə qoşulacağı bildirilib.

Türkiyə milli futbol komandasının 2026-cı il dünya çempionatında pley-off mərhələsinə yüksəlmək şansı rəsmən itirilib. Türkiyə millisi ilk turda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub. Komanda ikinci qarşılaşmada isə Paraqvaya qarşı oyunun böyük hissəsini say üstünlüyündə keçirməsinə baxmayaraq, 0:1 hesabı ilə uduzub.

2026-cı il dünya çempionatında tətbiq olunan məcburi su fasilələri gözlənilməz şəkildə turnirin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Beynəlxalq Futbol Federasiyasının qərarına əsasən, Şimali Amerikanın isti və rütubətli yay şəraitində futbolçuların sağlamlığını qorumaq məqsədilə hər hissədə üç dəqiqəlik su fasilələri verilir.

"Fənərbaxça" klubu futbol ictimaiyyətinin maraqla gözlədiyi yeni baş məşqçisinin adını açıqlayıb. Komanda, klubun əfsanəvi adlarından olan və daha əvvəl həm futbolçu, həm də baş məşqçi kimi xidmət etmiş İsmail Kartal yenidən sükan arxasına gətirib. 65 yaşlı təcrübəli mütəxəssis bu qərarla birlikdə karyerasında dördüncü dəfə "Fənərbaxça"nın baş məşqçisi postuna əyləşib.

ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evin ərazisində təşkil edilən "UFC Freedom 250" turnirində əsas döyüşün qalibi müəyyənləşib. Döyüş hakim qərarı ilə dördüncü raunddan sonra dayandırılıb və Castin Qeyci texniki nokautla qələbə qazanaraq kəmərin sahibi olub.

ABŞ-da 2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək 11 şəhərdə stadionların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri həyata keçirilib. Futbol üzrə dünya çempionatının oyunlarını qəbul edəcək arenalar həm texniki göstəricilər, həm də infrastruktur baxımından ciddi dəyişikliklərə məruz qalıb.

“Mançester Yunayted” komandanın kapitanı Bruno Fernandeşin uzunmüddətli gələcəyini təmin etmək məqsədilə ona yeni və rekord məbləğli müqavilə təklif etməyə hazırlaşır. Bildirilir ki, 31 yaşlı futbolçu “Old Trafford”u tərk etmək niyyətində deyil və karyerasını “Mançester Yunayted”də davam etdirməkdə maraqlıdır. Fernandeşin klubun gələcək layihəsinə inandığı və komandada əsas fiqur olaraq qalmaq istədiyi qeyd olunur.

2026-cı il futbol üzrə dünya çempionatının başlaması ilə birlikdə turnirin qalibi ilə bağlı proqnoz bazarında rekord həcmdə vəsait dövriyyəyə daxil olub. Beynəlxalq maliyyə və idman dairələrinin qiymətləndirmələrinə görə, mundialın qalibinin kim olacağına dair edilən proqnozların ümumi dəyəri artıq 2 milyard dollara yaxınlaşıb ki, bu da tarixdə qeydə alınan ən böyük göstəricilərdən biri hesab olunur.

Dünya futbolundakı transfer xəbərləri üzrə insayder, italiyalı jurnalist Fabrisio Romanonun yaydığı eksklüziv məlumata görə, "kral klubu" portuqaliyalı oyunçu ilə "2+1" illik müqavilə imzalayacaq. Transferin pərdəarxasında "Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyonun böyük rolu olduğu bildirilir. Həmyerlisinin komandada görməkdə israrlı olmasından sonra Madrid rəhbərliyi ulduz futbolçunu layihəyə razı sala bilib. Tərəflərin qısa müddət ərzində rəsmi müqaviləyə imza atacağı gözlənilir.