Çempionlar Liqasının Liqa mərhələsinin I turunda Benfikaya qalib gələn Qarabağ bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib. O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir.
ArabSport
UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunda Portuqaliyada Qarabağ Benfikanı 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Benfika klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırmağa qərar verib. Mediada yayılan xəbərlərə görə klub komandanın baş məşqçi postuna, Joze Mourinyonu gətirmək istəyir. Qeyd edək ki, Mourinyo son olaraq Türkiyənin Fənərbağça klubunu çalışdırıb, lakin uğursuz nəticələr fonunda sarı-göylü komanda onun müqaviləsinə xitam verib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.
Milan ciddi itki ilə üzləşib, komandanın fransalı qapıçısı Mayk Manyan sağ baldır əzələsində yenidən problem yaşayıb və qarşıdakı Udineze ilə oyunda iştirak etməyəcək. Bu, Manyanın sağ baldırında yaranan növbəti problemdir. Fransalı qolkiper ötən mövsüm eyni zədə səbəbindən 31 matçı buraxmışdı. Ümumilikdə, o, Milana keçidindən bəri müxtəlif zədələr səbəbindən 54 qarşılaşmada iştirak edə bilməyib.
İspaniya La Liqasının 6-cı turunda Barselona səfərdə Valensiyaya qarşı 6:0 hesablı qələbə qazanıb. Matçda baş məşqçi Hansi Flik intizam siyasətini bir daha nümayiş etdirərək braziliyalı ulduz Rafinyanı start heyətindən kənarda saxlayıb, onun yerinə isə 19 yaşlı isveçli vinger Runi Bardghjiyə şans verib.
Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Azərbaycan Güləş Federasiyasından AzerVoice-a verilən məlumata görə, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib. Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul–2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.
Amerikalı boksçu Terens Krouford 76,2 kiloqramadək çəki dərəcəsində boks üzrə dünya çempionu titulunu qazanıb. ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən 12 raundlu döyüşdə o, meksikalı Saul Alvarezi hakimlərin yekdil qərarı ilə məğlub edib. Görüşü 70 min 482 tamaşaçı izləyib ki, bu da "Allegiant" stadionunda yeni rekord göstərici olub. Bütün hakimlər qələbəni 115:113, 115:113 və 116:112 hesabı ilə Krouforda veriblər.
Azərbaycan U-15 millisi sentyabrın 19-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. Yığmamız toplanış çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Pep Qvardiolanın rəhbərlik etdiyi Mançester Sitinin mövsümə uğursuz başlaması fonunda komanda haqqında tənqidlər səslənir. Premyer Liqa əfsanəsi Alan Şirer, “şəhərlilər”in artıq əvvəlki qorxu faktorunu itirdiyini bildirib.
Qalatasaray, Trendyol Süper Liqasının 5-ci turunda bu gün Eyüpsporun qonağı olacaq. Atatürk Olimpiya Stadionundakı qarşılaşma saat 18:00-da başlayacaq. Oyunu hakim Batuhan Kolak idarə edəcək. Süper Liqaya 4-də 4 ilə başlayan sarı-qırmızılı komanda, tura ən yaxın izləyicisi Trabzonsporun 2 xal önündə liderlik edir. Eyüpspor isə 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə 4 xalla 10-cu yerdə qərarlaşıb. Qalatasaray, bu mövsüm Süper Liqada keçirdiyi 4 oyunda 13 qol vuraraq yaxşı hücum performansı göstərdi.
Barselona klubunun prezidenti Joan Laporta və rəhbərliyi, yenilənmiş Kamp Nou stadionuna dönüş tarixinin dəfələrlə təxirə salınması səbəbilə ciddi təzyiqlə üzləşib. Klub rəhbərliyi növbəti dəfə özünün müəyyən etdiyi son tarixə də əməl etməyib və bu, həm üzvlərin, həm də ictimaiyyətin narazılığına səbəb olub.