Dünya Çempionatının pley-off matçları hər bir futbolçunun çiyinlərinə böyük bir təzyiq yükü qoyur. Misir qarşılaşmasının start fitindən etibarən meydanda olduqca aqressiv və intizamlı bir rəqib var idi. Matçın hələ on beşinci dəqiqəsində geriyə düşən Argentina, cəmi beş dəqiqə sonra bərabərlik şansı yaxaladı. Topun arxasına keçən şəxs dünya futbolunun mütləq zirvəsində dayanan kapitan Lionel Messi idi. Lakin futbolun yazılmamış qanunları bu dəfə də özünü göstərdi və Misir qapıçısı Messinin vurduğu penalti zərbəsini dəf etdi. Adi bir oyunçu üçün belə bir anda penalti qaçırmaq, xüsusilə komandası geridə olduğu vaxtda psixoloji çöküş deməkdir. Lakin əfsanəni sadəcə ulduz olanlardan ayıran əsas xüsusiyyət məhz bu cür uğursuzluq anlarında göstərdiyi reaksiyadır.
ArabSport
ABŞ millisinin futbolçusu Folarin Baloqun Dünya Çempionatında diqqət mərkəzinə düşüb. Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alan futbolçunun cəzası Beynəlxalq Futbol Federasiyası tərəfindən dayandırılıb. Qərardan əvvəl ABŞ Prezidenti Donald Tramp futbolçunun işi ilə bağlı yenidən baxılmasına çağırış etmişdi. Folarin Baloqun ABŞ-də doğulduğu üçün bu ölkənin vətəndaşıdır. Daha sonra ailəsi Böyük Britaniyaya qayıdıb və o, burada böyüyüb. Futbolçu əvvəl İngiltərənin aşağı yaş qruplarında çıxış etsə də, 2023-cü ildə ABŞ millisini seçib. Onun ətrafında yaranan vəziyyət həm idman, həm də siyasi müzakirələrə səbəb olub. Baloqunun Belçikaya qarşı oyunda iştirakı böyük maraq doğurur.
Səudiyyəli taekvondo və döyüş sənəti ustası İsar Hayyan, zədə səbəbindən ötən mövsümdə iştirak edə bilmədiyi “Peşəkar Döyüşçülər Liqası”nın (PFL) növbəti buraxılışında rinqə qayıdaraq yenidən rəqabət meydanlarına dönəcəyinə söz verib.
Kimi Antonelli Britaniya Qran Prisində qütb mövqeyini qazanıb. O, Silverstounda keçirilən təsnifat mərhələsində ən sürətli nəticəni göstərib. Sprint yarışının qalibi olan gənc pilot həftəsonunu uğurla davam etdirib. Şarl Leklerk ikinci, Lyuis Həmilton isə üçüncü olub. Corc Rassel dördüncü yerdə qalıb. Antonelli küləkli hava şəraitinin çətinlik yaratdığını deyib. Mercedes pilotu mövsümdə üstünlüyünü qoruyur.
Dünya çempionatının 1/16 final mərhələsində Avstraliya ilə qarşılaşan Misir millisi, penaltilər seriyasında qazandığı dramatik qələbə ilə adını 1/8 finala yazdırıb. Matçın qəhrəmanı isə soyuqqanlı "Panenka" zərbəsi ilə komandasını irəli aparan Məhəmməd Salah olub.
Türkiyənin "Beşiktaş" klubunun ümumi borcu 26 milyard lirəni ötüb. Bildirilib ki, 31 may 2025-ci il tarixinə təxminən 18 milyard lirə olan klubun borcu 38 faiz artaraq, 28 fevral 2026-cı il tarixinə 26 milyard 263 milyon 695 min 438 lirəyə yüksəlib.
Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən oyunçu olub. Argentina millisinin kapitanı dünya çempionatının 1/16 finalında Kabo-Verde yığmasına qarşı keçirilən görüşdə məhsuldar ötürmə müəllifi olmaqla bu göstəricidə Dieqo Maradonanı geridə qoyub.
Meksika mətbuatı Meksika – İngiltərə oyununda başlama saatının dəyişdiriləcəyini yazıb. Məlumata görə, qarşılaşma fırtına riski səbəbindən yerli vaxtla saat 18:00 əvəzinə 12:00-da keçirilə bilər. Oyun Mexiko şəhərindəki "Asteka" stadionunda baş tutacaq. Rəsmi təsdiq hələ açıqlanmayıb. Bu həftə Meksika – Ekvador oyunu da əlverişsiz hava şəraiti səbəbindən gecikmişdi. Dünya çempionatının pley-off mərhələsində hava şəraiti yenidən gündəmə gəlib.
Ange Postekoglou Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun yeni baş məşqçisi olub. Klub avstraliyalı mütəxəssislə iki illik müqavilə imzalayıb. Postekoglou son olaraq "Tottenhem Hotspur" və "Nottingem Forest" klublarında çalışıb. O, 2025-ci ildə "Tottenhem"i UEFA Avropa Liqasının qalibi etsə də, daha sonra vəzifəsindən uzaqlaşdırılmışdı. "Nottingem Forest"dəki fəaliyyəti də uzun çəkməyib. İndi isə o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. "Ən-Nəsr" yeni baş məşqçi ilə uğurlu nəticələr əldə etməyi hədəfləyir.
"Nottingem Forest" baş məşqçi Vitor Pereyra ilə yollarını ayırdığını açıqlayıb. Portuqaliyalı mütəxəssis bu ilin fevral ayında komandanın sükanı arxasına keçmişdi. O, klubun İngiltərə Premyer Liqasındakı yerini qorumasına nail olmuşdu. Vitor Pereyranın rəhbərliyi altında komanda Avropa Liqasında yarımfinala qədər irəliləmişdi. Klub məşqçiyə fəaliyyətinə görə təşəkkür edib. Mətbuatda yayılan məlumatlara görə, onun yerinə Oliver Qlasnerin təyin olunacağı gözlənilir. "Nottingem Forest" yeni mövsüm öncəsi növbəti məşqçi dəyişikliyini reallaşdırıb.
Futbol üzrə 2026-cı il Dünya Çempionatında pley-off həyəcanı pik həddə çatıb. Turnirin qrafikinə uyğun olaraq, bu gecə və sabah səhər saatlarında 1/16 final mərhələsinin daha üç maraqlı iddialı matçı baş tutacaq. Avropanın nəhəngləri növbəti mərhələyə yüksəlmək üçün bir-birlərini sınağa çəkəcəklər.
İspaniya futbol çempionatının – La Liqanın 2026–2027-ci il mövsümünün təqvimi açıqlanıb. Yeni mövsüm avqustun 16-da start götürəcək. Açılış turunda son çempion Barselona doğma Kamp Nou stadionunda Atletik Bilbaonu qəbul edəcək. Real Madrid Santyaqo Bernabeu stadionunda Real Sosyedadla qarşılaşacaq. Atletiko Madrid isə Riyadh Air Metropolitano stadionunda Malaqanı qəbul edəcək.