ArabSport

Bişkekdə uşaq və gənclər arasında böyük tennis turniri baş tutacaq. Yanvarın 30-dan fevralın 1-dək davam edəcək yarışlar Qırğızıstan paytaxtındakı "T-Club" tennis kortlarında keçiriləcək. Tədbirin təntənəli açılış mərasimi yanvarın 30-da saat 12:00-da başlayacaq. Turnir Qırğızıstan Respublikası Tennis Federasiyasının təşkilatçılığı və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin dəstəyi ilə reallaşdırılır.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib. Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.

İspaniyanın Barselona klubunun yenidənqurmadan sonra qismən istifadəyə verilən Kamp Nou stadionunda növbəti texniki problem qeydə alınıb. Oyun idman baxımından Barselona üçün uğurlu alınıb. Kataloniya təmsilçisi Dani Olmonun, Rafinianın və Lamin Yamalın qolları ilə Real Oviedo üzərində 3:0 hesablı qələbə qazanaraq turnir cədvəlində yenidən liderliyə yüksəlib.

İspaniyanın Real Madrid klubunun əfsanəvi futbolçusu Serxio Ramos doğma klubu Sevilyanın səhmlərini əldə etmək istiqamətində mühüm mərhələni geridə qoyub. Məlumata əsasən, Serxio Ramos argentinalı sahibkar, ABŞ-da futbol yönümlü investisiya qrupu olan “Five Eleven Capital”ın baş icraçı direktoru Martin İnk ilə birgə hərəkət edir. Bildirilir ki, Ramos klubun bir neçə əsas səhmdarı ilə niyyət protokolu imzalayıb və növbəti mərhələ hüquqi və maliyyə yoxlamalarını əhatə edəcək.

Portuqaliya millisinin heyətində futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olmuş tanınmış futbolçu Nani karyerasını Qazaxıstanda davam etdirəcək. Nani bildirib ki, “Aktobe”yə qoşulmaqdan məmnundur və həm klubun, həm də Qazaxıstan futbolunun inkişafına töhfə vermək niyyətindədir. Onun sözlərinə görə, klubun gələcəyə dair baxışı onda müsbət təəssürat yaradıb və həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni uğurlar qazanmaq üçün əzmlə çalışacaq.