Yuxuyozma

Yuxuda uşaq görmək xoşbəxtlik və sevinclərin xəbərçisidir. Bəzən yuxunuzda uşaq görməyiniz belə sizə daxili narahatlıq verə bilər. Belə hallarda mənfi düşünməyə ehtiyac yoxdur. Yuxuda uşaq görmək hər zaman yaxşıya yozulur. Uşaq xüsusilə şansı simvollaşdırır. Bu, şanslı günlərin qapıda olduğunun xəbərçisidir. Gözləmədiyiniz qapılar açıla bilər, gündəlikdə olmayan maddi gəlirlər ortaya çıxa bilər. Daxili instinktlərinizə və fikirlərinizə inanmalısınız, çünki bu dövrdə ağlınıza gələn fikirlər sizə fayda verəcək. Girmək istədiyiniz işlərdə şansınız yüksək olacaq.

Yuxuda qırхılmış bаş görmək bədbəхtlik, böyük bаş uğur mənasını verir. Yuxuda kеçəl bаş ахmаqlıq еtməyin əlаmətidir. Bədənsiz bаş еhtirаm, qаyğılаrdаn аzаd оlmаq, mənsəb, bоrclаrın qаytаrılmаsı, mühüm işin sizə еtibаr оlunmаsı deməkdir. Хəstələrə bu yuхu sаğаlаcаqlаrını хəbər vеrir.

Yuxuların yozumunda ağac mühüm rəmzlərdən biridir. Necə ki, dünyada insanlar müxtəlifdir, ağaclar da növlərinə görə fərqlənir və yuxuda görünən ağacın xüsusiyyətlərinə əsasən yozum dəyişir.Yuxuda meyvəsi olmayan, yalnız xoş qoxu saçan ağac görmək xeyirli işlərə, lakin əmələ çevrilməyən biliklərə, yəni çox danışıb az iş görməyə işarə edir. Meyvəsi həm yeməli, həm də ətirli olan portağal və limon kimi ağaclar isə zahiri və batini yaxşılığa, elmə, hikmətə və xeyirxah əməllərə dəlalət edir.

Yuxuda zambaq görmək sadəcə bir çiçək deyil, ruhun və bədənin şəfa tapacağına dair səmavi bir işarədir. Bəs ağ, sarı və bənövşəyi zambaqların fərqli mənaları nədir? Karyerada yüksəlişdən tutmuş gözlənilməz zənginliyə qədər, zambaq yuxularının bütün gizli təfərrüatlarını və qədim yozumlarını sizin üçün araşdırdıq. Gələcəyinizlə bağlı bu mühüm mesajı qaçırmayın

Yuxuda akrobat görmək, adətən, insanın hazırkı vəziyyətinin təhlükəli və etibarsız ola biləcəyinə dair xəbərdarlıq kimi yozulur. Bu cür yuxu, xüsusilə qərar verərkən təkbaşına tələsməməyi, ətrafdakıların rəyini dinləməyi və riskləri əvvəlcədən qiymətləndirməyi tövsiyə edən işarə sayılır. Çünki diqqətli davranmaq həmin riskdən daha asan və zərərsiz çıxmağa kömək edə bilər.

Yuxuda Uca Allaha zikr etdiyinizi görmək mənəvi rahatlıq, qorxulardan uzaqlaşma və ilahi mərhəmətə qovuşma ilə yozulur. Bu cür yuxular adətən xeyir qapılarının açılacağına, xəstəliklərdən şəfa tapılacağına və çətinliklərin asanlaşacağına işarə edir. Əgər yuxuda “Lə iləhə illəllah” deyərək zikr etdiyinizi görmüsünüzsə, bu bərəkət, rahatlıq və rəhmət əlamətidir. Kəlimə-i Tövhidi oxumaq isə imanla yaşayıb imanla dünyadan köçməyə dəlalət edən mühüm bir işarə kimi təfsir olunur.

Yuxuda yağış görmək, ümumilikdə, xeyirə, bolluğa və ruziyə yozulur. İslam təfsirində yağış Allahın mərhəməti və rəhməti hesab edildiyindən, bu cür yuxular əksər hallarda müsbət mənalar daşıyır. Yuxuda yağışdan islandığını görmək qorxu və daxili nigarançılığa, yağış damlalarının səsini eşitmək isə şöhrət və tanınmağa işarə edir. Yağış, eyni zamanda, bərəkət, rifah və mənfəət rəmzidir.

Yuxuda təyyarə görmək, qarşınıza çıxmış və ya gələcəkdə çıxa biləcək bütün maneələri aşacağınıza, problemlərin öhdəsindən gələrək həyatınızda yenidən nüfuz və etibar qazanacağınıza işarədir. Bundan sonra daha şüurlu davrana, ətrafınızdakı bütün gözəlliklərin və fürsətlərin fərqinə vararaq əvvəlkindən daha azad yaşaya bilərsiniz. Yuxuda təyyarə görmək eyni zamanda müəyyən bir məsələyə daha geniş prizmadan baxmalı olduğunuza yozulur. Əgər təyyarəni havaya qalxarkən görmüsünüzsə, uzun zamandır planlaşdırdığınız bir layihəni artıq həyata keçirməyin vaxtının gəldiyini göstərir.

Yuxuda donuz görmək klassik İslam yuxuyozmalarında mənfi simvol hesab olunur və əksər hallarda haram mal, xəyanət, hiyləgər insan, mənfəət üçün hər cür addımı atan şəxslər və mənəvi çirkinlik kimi yozulur. Digər tərəfdən, bəzi yozumçular bu yuxunu insanın həyatında qarşılaşacağı çətin xarakterli şəxslər, psixoloji gərginlik və düzgün seçim etmə ehtiyacı ilə əlaqələndirirlər. Yuxunun dəqiq mənası isə donuzun vəziyyətindən, rəngindən və yuxuda hansı davranışı etdiyindən asılıdır.

Yuxuda dilənçi görmək müxtəlif klassik və İslam yuxuyozması məktəblərində həm xeyirli, həm də xəbərdarlıq xarakterli simvol kimi şərh olunur. Bu yuxunun mənası onun necə və hansı şəraitdə görüldüyündən asılı olaraq dəyişir. Dilənçi, bir tərəfdən gözlənilməz ruzi və müvəffəqiyyətin simvolu ola bilər, digər tərəfdən isə ehtiyatsızlıq, məsuliyyətdən yayınma və maliyyə itkilərinə dair xəbərdarlıq daşıya bilər.

Yuxuda dəfn etdiyini görmək, uğurlu nəticəyə, аilə həyаtı qurmаğа işаrədir.Yuxuda özünün dəfnеtmə mərаsimini görmək uzun ömürlülüyə işаrədir. Yuxuda dəfn etdiyiniz adam həyatdadırsa, sevincli bir xəbərə işarədir.Eyni zamanda yuxuda dəfnеtmə mərаsimi uzun müddətli qəmginliyə işаrədir.