Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik. (Bəqərə, 125)
#Kəbə haqqında məlumat
Kəbənin idarəçiliyinin yəhudilərə verilməsi ilə bağlı heç bir məlumat yoxdur və bu iddia tam olaraq əsassəzdır.
Kəbəyə göstərilən qayğının ən mühüm nümunələrindən biri onun daimi təmiri, bərpası və hər il örtüyünün (kisvəsinin) dəyişdirilməsidir. Bu, Allahın nişanələrinin böyüklüyünü və müsəlmanların qəlbində Kəbənin mövqeyini göstərmək üçün görülən işlərdəndir.