#Ukrayna müharibəsinin bitməsi üçün beynəlxalq danışıqlar

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.

Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”