Fransa Prezidenti Emmanuel Makron, Əlcəzair vətəndaşlarının öz ölkələrinə deportasiyası ilə bağlı artan gərginlik fonunda, hökumətinə Əlcəzairli diplomatlara vizaların verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsini tapşırıb. Makron, həmçinin Xarici İşlər naziri Jan Noel Barroya 2013-cü ildə imzalanmış və rəsmi pasport sahiblərini viza tələbindən azad edən razılaşmanın dayandırılması barədə Əlcəzair tərəfinə rəsmi məlumat verilməsini əmr edib.
#Fransa-Əlcəzair münasibətləri
BAKI,AzerVoice Fransa-Əlcəzair münasibətləri tarixin ən qaranlıq epizodlarından biridir. Fransa 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzairi işğal altında saxlayıb və bu müddətdə yerli əhalini sistematik şəkildə zorakılığa, etnik təmizləməyə və soyqırım siyasətinə məruz qoyub. 1. 1830-1847: Fransa işğalı və ilk soyqırım