XİN Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırıb.
#Azərbaycan Xarici İşlər Nazirliyi
Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb. Məlumata görə, Ceyhun Bayramovun səfəri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının güclü impulsunu, siyasi dialoq və əməkdaşlığın dərinləşdirilməsinə ortaq öhdəliyi əks etdirir.
Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.
21 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun xarici işlər nazirinin müavini Elnur Məmmədov və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə onlayn formatda ikinci iclası keçirilib. İclas zamanı, ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Qahirə marşrutu üzrə ilk çarter reysini yerinə yetirib. Protokola uyğun olaraq, Qahirə Beynəlxalq Hava Limanında təyyarənin ənənəvi su qövsü ilə qarşılanma mərasimi keçirilib. Birbaşa uçuşlar 2026-cı il fevralın 20-dək həftədə bir dəfə olmaqla hər cümə günü həyata keçiriləcək. Sərnişinlər Qahirə Beynəlxalq Hava Limanının 1-ci terminalından yola düşəcəklər.
Avropa Siyasi Birliyinin formatı kifayət qədər yenidir.
Azərbaycan hərbi əsir kateqoriyasına düşən yüzlərlə şəxsi azad edib.
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib
Azərbaycan XİN-in sosial media hesablarında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edilib.
Ceyhun Bayramov Azərbaycanşünaslıq Konfransında çıxış edib.
Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxış edib.