ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem CBS News-un “Face the Nation” proqramına verdiyi müsahibədə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməliyyatlarının genişləndirilməsi ilə bağlı açıqlamalar verib. Noem, xüsusilə Çikaqoda ICE-nin fəaliyyətlərinə daha çox resurs ayrılacağını bildirib. “Biz hazırda Çikaqo, İllinoys və digər ştatlarda ICE ilə əməliyyatlar həyata keçiririk və qanunların tətbiq olunmasını təmin edirik. Ancaq bu əməliyyatları daha da gücləndirmək üçün əlavə resurslar ayırmağı planlaşdırırıq.” - deyə o bildirib.
#qeyri-qanuni immiqrasiya
“The New York Times” qəzetinin dörd ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ rəhbərliyi Qəzzalılar və İordan çayının qərb sahilində yaşayan, həmçinin Fələstin diasporundan olan şəxslər üçün qeyri-immiqrasiya vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb. Bu qərar avqustun 18-də ABŞ Dövlət Departamentinin bütün səfirliklərə göndərdiyi memorandumda rəsmi şəkildə bildirilib. Qərar müalicə, universitet təhsili, işgüzar səfərlər və ya şəxsi ziyarətlər kimi məqsədlərlə ABŞ-a səyahət etmək istəyən Fələstin pasportu sahiblərinə şamil edilir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İtaliyanın paytaxtı Romada həmkarı Matteo Piantedozi ilə görüşüb. Görüş zamanı terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və miqrant qaçaqmalçılığı ilə mübarizə kimi mühüm təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Yəmənin cənubundakı Əbyən vilayətinin Zəncibar şəhəri sahillərində təhlükəsizlik qüvvələri qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışan bir qrup Efiopiya əsilli miqrantın cəsədlərini sudan çıxarıb.
Türkiyədə miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyaya qarşı keçirilən əməliyyatlar nəticəsində 22 nəfər həbs edilib. Bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE), qeyri-qanuni miqrantların saxlanması və deportasiyası imkanlarını genişləndirmək məqsədilə böyük çadır düşərgələri inşa edərək onları müvəqqəti saxlama mərkəzi kimi istifadə etməyi planlaşdırır.
Türkiyədə keçirilən miqrasiya əməliyyatlarında 32 miqrant qaçaqçısı və 572 qeyri-qanuni miqrant tutulub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkə daxilində nizamsız miqrasiyaya qarşı keçirilən genişmiqyaslı əməliyyatlarda 446 qeyri-qanuni miqrantın və 15 miqrant qaçaqçılığı təşkilatçısının saxlanıldığını açıqlayıb.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya son iki həftə ərzində ölkənin 51 vilayətində qeyri-qanuni miqrantlara və qeyri-qanuni miqrasiyaya qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini bildirib.