Fransanın ən böyük bankı BNP Paribas Səudiyyə Ərəbistanında regional baş qərargah yaratmaq üçün icazə alıb. Qərar Parisdə keçirilən görüş zamanı açıqlanıb. Görüşdə Səudiyyə Ərəbistanının investisiyalar naziri Fəhd bin Əbdülcəlil əs-Seyf iştirak edib. Bankı isə İdarə Heyətinin sədri Jan Lemyer təmsil edib. Səudiyyə Ərəbistanı beynəlxalq şirkətlərin regional baş qərargahlarını Ər-Riyada köçürməsini təşviq edir. Krallıq paytaxtını Körfəzin aparıcı maliyyə mərkəzlərindən birinə çevirməyə çalışır. BNP Paribas Yaxın Şərqin bir sıra ölkələrində fəaliyyət göstərir. Yeni icazə bankın Səudiyyə Ərəbistanındakı fəaliyyətinin daha da genişlənməsinə şərait yaradacaq.