Səudiyyə Ərəbistanının milli gəmiçilik şirkəti “Bahri” “Amzan” gəmisinin Qırmızı dənizdə hücuma məruz qaldığını təsdiqləyib. Şirkət bütün heyət üzvlərinin təhlükəsiz olduğunu bildirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Husilər daha əvvəl gəmini ballistik raketlə vurduqlarını iddia etmişdilər. Onlar hücumun Yənbu sahilləri yaxınlığında həyata keçirildiyini açıqlayıblar. Husilər zərbədən sonra gəmidə böyük yanğın başladığını da iddia ediblər. “Bahri” isə hücumda hansı silahdan istifadə edildiyini açıqlamayıb. Hadisə Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
#Amzan
Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerini vurduqlarını bildiriblər. Hücumun ballistik raketlə həyata keçirildiyi iddia olunur. Hədəfin “Amzan” adlı tanker olduğu açıqlanıb. Hadisənin Yənbu sahilləri yaxınlığında baş verdiyi bildirilir. Husilər raketin gəmiyə birbaşa dəydiyini və böyük yanğına səbəb olduğunu iddia edirlər. Səudiyyə Ərəbistanı bu məlumatları hələlik təsdiqləməyib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi də Yənbudan 117 kilometr qərbdə tankerin naməlum mərmi ilə vurulduğunu bildirib. Gəmi heyətinin vəziyyəti və mümkün neft sızması barədə məlumat verilməyib.