#Yaxın Şərq Film və Komiks Festivalı

Fransız aktrisa Pom Klementyeff gələn ay Əbu-Dabidə keçiriləcək Yaxın Şərq Film və Komiks Festivalında ("Middle East Film and Comic Con") iştirak edəcək. Bu, onun pop-mədəniyyət festivalına ilk gəlişindən iki il sonra əmirliyə növbəti səfəri olacaq. "Marvel" kinokainatının "Qalaktika Mühafizəçiləri" filmlərindəki Mantis obrazı ilə məşhurlaşan Klementyeff sentyabrın 11-13-də "ADNEC Center Abu Dhabi" məkanında baş tutacaq üçgünlük tədbir çərçivəsində sentyabrın 11-i və 12-də pərəstişkarları ilə görüşəcək.