#Elon Mask

ABŞ-nin Venesuelaya əməliyyatına Elon Maskdan dəstək gəldi. Mask Venesuelaya 1 ay ərzində Starlink vasitəsilə pulsuz internet veriləcəyini bildirib. Məşhur milyarder Elon Mask ABŞ-nin yanvarın 3-də Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra, öz şirkəti Starlink vasitəsilə ölkəyə 1 ay pulsuz internet təqdim edəcəyini açıqlayıb. Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ABŞ qüvvələri tərəfindən ölkədən çıxarılmasından sonra Mask əməliyyatla bağlı əvvəlcə dəstək mesajı paylaşıb. Maduroya qarşı “amansız bir tiran” ifadəsini işlədən Mask, özünə məxsus X sosial media platformasında “Venesuela artıq layiq olduğu rifaha qovuşa bilər” sözlərini paylaşıb.

Avropa İttifaqı (Aİ) ölkələrində Tesla markalı avtomobillərin satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, ABŞ-li milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin satışları Aİ bazarında azalma tendensiyasını davam etdirir. Şirkətin satışları Avropada ardıcıl 9-cu aydır geriləmə göstərir.

ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə texnologiya sektorunun aparıcı rəhbərlərini qəbul etdiyi zaman, axşam yeməyində Elon Maskın iştirak etməməsi diqqət çəkib. Tramp, ölkənin bir çox qabaqcıl texnologiya şirkətlərinin yüksək səviyyəli rəhbərlərini Ağ Evdəki axşam yeməyində qonaq edib. Tesla və SpaceX-in sahibi, həmçinin Trampa yaxınlığı ilə tanınan Elon Mask həmin yeməkdə iştirak etməyib. Tramp yemək zamanı etdiyi çıxışda xüsusilə süni intellekt sahəsindəki investisiyalardan təriflə bəhs edib və ABŞ-ın bu sahədə Çindən irəlidə olduğunu bildirib.