Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzinin məlumatına görə, İndoneziyanın Halmahera adası yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 127 kilometr dərinlikdə qeydə alınıb. Tələfat və ya dağıntılar barədə hələlik məlumat verilməyib.