ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla hər hansı danışıqlar aparmadığını və əsas diqqətin Tehrana qarşı iqtisadi təzyiqin artırılmasına yönəldiyini bildirib. Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla danışıqların aparılıb-aparılmadığı ilə bağlı suala cavabında deyib ki, ABŞ Tehranla danışmaq istəmir və hazırda hər hansı görüş keçirmək niyyətində deyil. ABŞ prezidenti İranla ticari əlaqələrini davam etdirən ölkələrin də sanksiyalarla üzləşə biləcəyinə işarə edib.
#Karolin Livitt
Ağ Ev İranın ABŞ ilə danışıqları davam etdirdiyini və razılaşma əldə etmək istədiyini açıqlayıb. Mətbuat katibi Karolin Livitt Tehranın Vaşinqtonla təmaslarını davam etdirdiyini bildirib. Onun sözlərinə görə, İran ABŞ ordusunun ağır zərbələrinə məruz qaldığı üçün razılaşmada maraqlıdır. Ağ Ev danışıqların hansı səviyyədə aparıldığı barədə məlumat verməyib. Mümkün razılaşmanın şərtləri də açıqlanmayıb. Bəyanat İran rəsmilərinin danışıqların gündəmdə olmadığına dair əvvəlki açıqlamaları ilə ziddiyyət yaradır. İran tərəfi Ağ Evin iddialarına hələlik cavab verməyib. Tərəflərin mövqeləri arasında fərq qalmaqda davam edir.