#Koks-Bazar

Banqladeşdə güclü musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri ağır fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 44 nəfər həyatını itirib. Bir milyondan çox insan çətin vəziyyətdə qalıb. Yeddi rayonda minlərlə ailə xarici aləmlə əlaqəsini itirib. Daşqın suları yaşayış evlərini yararsız vəziyyətə salıb və insanların yemək hazırlamaq imkanı məhdudlaşıb. Elektrik enerjisinin kəsilməsi vəziyyəti daha da ağırlaşdırıb. Yardım qrupları zərərçəkənlərə dəstək göstərsə də, dağılmış yollar və körpülər əməliyyatları çətinləşdirir. Rəsmilər bölgədə humanitar yardım işlərini davam etdirirlər.