#Türkiyənin avtomobil ixracının son göstəriciləri açıqlanıb

2026-cı ilin iyun ayında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 837 milyon 90 min dollar təşkil edib. Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 20 milyard 840 milyon 491 min dollara bərabər olub.