Səhiyyə naziri Teymur Musayev BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüş keçirib. Tərəflər yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin profilaktikası və təcili tibbi yardım sisteminin inkişafını müzakirə ediblər. Görüşdə Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Teymur Musayev yol təhlükəsizliyinin ictimai sağlamlığın vacib istiqamətlərindən biri olduğunu vurğulayıb. Jan Todt isə Azərbaycanın bu sahədə əldə etdiyi nəticələri yüksək qiymətləndirib. Tərəflər maarifləndirmə tədbirlərinin genişləndirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Görüşdə gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.