İslam İnkişaf Bankı (İİB) Azərbaycanda islam maliyyəsinin inkişafını dəstəkləməyə tam sadiqdir. Bunu İslam İnkişaf Bankının islam maliyyəsi üzrə mütəxəssisi Yəhya Rəhman Almatıda keçirilən Avrasiya İnkişaf Bankının (AİB) İllik Toplantısı və biznes-forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.