#biznes ictimaiyyətinin aparıcı nümayəndələri

Bakıda biznes ictimaiyyətinin aparıcı nümayəndələrini bir araya gətirən Biznes Liderləri Zirvəsi uğurla başa çatıb. İyunun 23-də “The Ritz-Carlton Baku” hotelində keçirilən tədbir ölkənin biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sahələri təmsil edən peşəkarları eyni platformada birləşdirib.