Bat Universitetinin müdafiə və təhlükəsizlik üzrə mütəxəssisi Patrik Buri İsrail və ABŞ arasında İran məsələsinə yanaşmada fərqlərin artdığını bildirib. Onun fikrincə, Livandakı son hadisələr bu ayrılığı daha aydın göstərir. Buri qeyd edib ki, münaqişənin əvvəlində tərəflər daha yaxın mövqedən çıxış edirdilər. Lakin sonrakı mərhələdə siyasi maraqlar fərqli istiqamətlərə yönəlib. Mütəxəssis Benyamin Netanyahunun Hizbullah və İranla bağlı siyasətini davam etdirmək üçün daxildə dəstəyə malik olduğunu deyib. O, Donald Trampın isə ABŞ-İran razılaşmasının qorunmasına daha çox maraq göstərdiyini vurğulayıb. Buri hesab edir ki, Vaşinqton və Tehran bu razılaşmanın yaşamasında maraqlıdır. Onun fikrincə, bu vəziyyət İsrailin maraqları ilə tam uyğun gəlməyə bilər.