BMT-nin Uşaq Fondu Qəzza zolağında uşaqlar arasında itkilərlə bağlı yeni məlumat yayıb. Təşkilatın açıqlamasına görə, oktyabr ayında elan edilmiş atəşkəsdən sonra 265 uşaq həyatını itirib, 400-dən çox uşaq isə yaralanıb. UNICEF-in sözçüsü Ceyms Elder bildirib ki, səkkiz aydan artıq müddətdə hər gün orta hesabla bir uşaq öldürülüb. Onun sözlərinə görə, bu göstərici son dərəcə ağır və faciəvi mənzərə yaradır. Elder qeyd edib ki, uşaqlar müxtəlif hücumlar nəticəsində həlak olublar. UNICEF rəsmisi hadisələrin böyük əksəriyyətinə görə İsrail qüvvələrini məsul hesab edib. Qəzzadakı humanitar vəziyyət beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olmaqda davam edir. Təşkilat mülki şəxslərin, xüsusilə uşaqların qorunmasına çağırış edib.