#enerji marşrutu

İranın Çindəki səfiri Hörmüz boğazı ilə bağlı yeni mexanizmdən danışıb. O, Çin və dost ölkələrə xüsusi rejim tətbiq olunacağını bildirib. Səfir bu tənzimləmənin Omanla koordinasiyada aparılacağını qeyd edib. Plana görə, boğazdan keçən gəmilər üçün rüsumların tətbiqi nəzərdə tutulur. Diplomata görə, bu addım beynəlxalq hüquqa zidd deyil. Hörmüz boğazının strateji əhəmiyyəti vurğulanıb. Məsələ Pekində keçirilən forumda gündəmə gəlib.

İran və Oman Hörmüz boğazında beynəlxalq hüquqa riayət edəcəklərini təsdiqləyib. Tərəflər dəniz təhlükəsizliyi və sərbəst gəmiçiliyin vacibliyini vurğulayıblar. ABŞ–İran memorandumu fonunda regional sabitlik müzakirə olunub. Diplomatik səylərin artırılması çağırışı edilib. Məqsəd regionda təhlükəsiz və sabit mühitin təmin edilməsidir.