Naxçıvanda müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə planlaşdırılmış reysləri yerinə yetirilməyib. Məlumata görə, 14 iyun 2026-cı il tarixinə nəzərdə tutulan bütün uçuşlar hava şəraitinin uçuş təhlükəsizliyinə təsiri nəzərə alınaraq ləğv edilib.