#Final oyununun keçiriləcəyi stadionda xüsusi hazırlıq

ABŞ-da 2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək 11 şəhərdə stadionların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri həyata keçirilib. Futbol üzrə dünya çempionatının oyunlarını qəbul edəcək arenalar həm texniki göstəricilər, həm də infrastruktur baxımından ciddi dəyişikliklərə məruz qalıb.