#İranın dondurulmuş milyardlarla dollarlıq aktivləri

İranın dondurulmuş milyardlarla dollarlıq aktivlərinin azad edilməsini nəzərdə tutan mümkün ABŞ-İran razılaşması ilə bağlı yeni detallar ortaya çıxıb. İranın Mehr agentliyinin yaydığı məlumata görə, tərəflər arasında hazırlanan memorandum layihəsi qəbul edilərsə, İranın xaricdə bloklanmış 24 milyard dollar vəsaiti 60 günlük müddət ərzində mərhələli şəkildə sərbəst buraxılacaq.