#Vərdişlərin formalaşması

Vərdişlərin bizi bir şəxsiyyət kimi böyük ölçüdə formalaşdırdığı reallığı ilə çətin ki kimsə razılaşmasın. Təsadüfi deyil ki, qədim dövrlərdən bəri bizə qədər gəlib çatmış atalar sözündə deyilir: "Vərdiş - ikinci təbiətdir". Vərdişlər bütün insanlarda mövcuddur, onların bizim gündəlik həyatımıza olan təsirini isə qiymətləndirmək olduqca çətindir. Yəqin məhz buna görədir ki, zərərli vərdişlərdən qurtulmaq və faydalı vərdişlər formalaşdırmaq mövzusu bu dərəcədə mühüm və populyardır.

Müasir dövrdə diqqəti yayındıran rəqəmsal vasitələrin, sosial şəbəkələrin və informasiya axınının artması insanlarda özünənəzarət və intizamlı davranışın formalaşmasını çətinləşdirir. Yeni araşdırmalar göstərir ki, özünü idarə etmək yalnız iradə gücü ilə bağlı deyil, həm də ətraf mühitin düzgün qurulması və vərdişlərin formalaşdırılması ilə birbaşa əlaqəlidir.