İsrail ordusu Şimali Qəzzada İsrail qüvvələrinə qarşı tezliklə hücumlar planlaşdırdığı iddia edilən bir Fələstin döyüşçüsünü öldürdüyünü açıqlayıb. Əməliyyat Cənub Komandanlığı tərəfindən həyata keçirilib. Lakin hüquq müdafiə təşkilatları və şahid ifadələri İsrailin iddialarını şübhə altına alır.
#şahid ifadələri
ABŞ-nin "Associated Press" agentliyinin dərc etdiyi materialda Qəzzada xidmət etmiş bir sıra İsrail ehtiyat əsgərlərinin ifadələrinə yer verilib. Hərbçilər müharibə dövründə tətbiq edilən sərt atəş açma qaydaları, mülki şəxslərlə bağlı risklər və əməliyyatlar zamanı insan həyatına münasibətin dəyişdiyi barədə iddialar səsləndiriblər. Şahidlərin sözlərinə görə, bəzi ərazilərdə kimliyi tam müəyyən edilməyən şəxslərə qarşı atəş açılması halları yaşanıb və nəticədə mülki itkilər qeydə alınıb. İddialar müstəqil şəkildə təsdiqlənməsə də, Qəzzadakı hərbi əməliyyatlar və mülki itkilərlə bağlı beynəlxalq müzakirələri yenidən gündəmə gətirib.
Böyük Britaniyada hüquq-mühafizə orqanları keçmiş şahzadə Endryu Mauntbatten-Vindzor və Ceffri Epşteynlə bağlı mümkün cinayət əməlləri üzrə genişmiqyaslı istintaq çərçivəsində şahidləri ifadə verməyə çağırıb.