Barut yazılı bəyanatında bildirib ki, xüsusilə 0–6 yaş arası uşaqların ekran qarşısında çox vaxt keçirməsi beyin inkişafı, dil öyrənmə və sosial bacarıqlar baxımından kritik risklər yaradır. Onun sözlərinə görə, bu dövrdə uşaqlar üçün oyun, təcrübə yolu ilə öyrənmə və insanlarla ünsiyyət əsas inkişaf faktorlarıdır. Telefon kimi passiv ekranlar isə dili anlama, duyğuları ifadə etmə və sosial reaksiyaları tanıma sahəsində gecikmələrə səbəb ola bilər.