#Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı

2026-ci ilin aprel ayında Türkiyənin Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 4 milyon 494 min 359 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 3 milyon 372 min 37 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 1 milyon 122 min 322 nəfər təşkil edib.